Şənbə , Avqust 29 2026
azfa

Urmiya gölünü qurudan rejim indi də təmizlənmiş kanalizasiya sularını gölə buraxdığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurudan iraqçi fars rejim indi də təmizlədiyini idda etdiyi kanalizasiya sularını gölə buraxır.

Qərbi Azərbaycan Su və Kanalizasiya Şirkətinin rəisi Əlirza Rəzəvi bu barədə deyib ki, gölünün çevrəsində olan su təmizləyici məkandan təmizlənmiş 105 milyon kubmetr çirkli su gölə ötürüləcək.

O, bildirib ki, indiyə qədər buraxılması nəzərdə tutulan kanalizasiya suyundan 70 milyon kubmetr görə buraxılıb.

Rəzəvi həmçinin deyib: “Hazırda Urmiya gölünün çevrəsində suyun təmizlənməsi üçün nəzərdə tutulan ərazidən ildə 70 milyon kubmetr su Urmiya gölünə buraxılır. Bununla da göl üçün nəzərdə tutulmuş suyun həcminin 67 faizi təmin edilib. Urmiyanın Kanalizasiya Suları Təmizıəyici məkanının üçüncü modulunun fəaliyyətə başlaması ilə təmizlənən kanalizasiya sularının miqdarı və gölə ötürülə biləcək standard su həcmi 85 milyon kub metrə artacaq. Bununla da nəzərdə tutulmuş hədəflərimizin 81 faizi bu çərçivədə gerçəkləşəcək. Urmiya gölünu Bərpası Təşkilatının müsəvvəbələrinə əsasən bildirilib ki, 1400-cü ilədək bu su hövzəsində olan şəhərlərdə yaranan 105 milyon kub metr çirkab sular təmizlənərək gölə ötürülsün. Bu çirkab suları standarddır. Kanalizasiya suların təmizlənməsi və ötürülməsi üzrə bütün şərtlərə riayət olunub”.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …

Bir cavab yazın