Cümə , Aprel 19 2024
azfa

Türkiyə PUA-ları ərəblərlə İranın dəstəklədiyi Haftarı zəlil etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankara yeni nəsil PUA-larla BMT tərəfindən tanınan Liviya Milli Razılıq Hökumətini dəstəkləyərək ölkədəki qüvvələr nisbətini dəyişdirib və Xəlifə Haftarın hərbi gücünü zəiflədib.

Bunu Fransanın “Le Mond” qəzetinin yazarı Frederik Bobin yazıb. Müəllif Haftar qüvvələrinin 2019-cu ilin aprelində paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı hücumdan sonra qüvvələr nisbətinin Türkiyənin dəstəyilə Milli Razılıq Hökumətinin lehinə dəyişdiyini bildirib.

“Haftar qüvvələri aprelin 13-də paytaxtın 70 kilometrliyindəki Sabrata və Surman kəndlərindən çıxarıldı. O, meydanda qazandığı qələbələri itirir, üstəlik ölkənin qərbindəki son qalaları olan Vatiyyə hərbi bazası və Tarhunə şəhəri də hökumət qüvvələrinin hədəfindədir”, – yazar qeyd edib.

Berlində yerləşən Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İşləri İnstitutunun araşdırmaçısı Volfram Laher qəzetə açıqlamasında Liviyada qüvvələr nisbətinin bu ilin əvvəlindən bəri dəyişdiyini deyib. Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin PUA və hava hücumundan müdafiə sistemləri səbəbindən Haftara hava yardımları edə bilmir. Hazırda Haftar qüvvələri hücumdan müdafiə mövqeyinə çəkilməyə məcbur olub.

Hollandiyadakı Klingendal İnstitutunun araşdırmaçısı Cəlil əl-Harşavi qəzetə açıqlamasında əməliyyat planlarının və komandanlığının türklər tərəfindən hazırlanmasından sonra Liviyada strateji vəziyyətin dəyişdiyini bildirib.

“Türkiyənin Milli Razılıq Hökumətinə dəstəyi 2019-cu ildə tərəflər arasında imzalanan hərbi və təhlükəsizlik əməkdaşlığı razılaşmasından başlayır. Haftara isə öz növbəsində Rusiya, BƏƏ, İordaniya, Misir və Səudiyyə Ərəbistanı böyük ölçüdə hərbi və maliyyə yardımı edir. Ankara paytaxt Tripoli ətrafındakı mühasirə halqasını qırmağı bacardı və bu da Rusiyanın “Vaqner” şirkətinə məxsus muzdlu əsgərlərin Haftara yardımı nəticəsində zəifləyən Milli Razılıq Hökumətinə böyük xeyir verdi”, – qəzet yazıb.

“Haftar qüvvələri Türkiyənin heç nə etməyəcəyini düşündü. Bu, səhv düşüncə idi və türkləri görməzdən gəlmək böyük yanlış idi”, – liviyalı araşdırmaçı Məhəmməd əl-Cərrah qəzetə açıqlamasında bildirib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın