Bazar ertəsi , May 25 2026
azfa

Urmiya gölünün bərpası iddiası əsassızdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetinin Planlaşdırma və Ətraf mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari deyib ki, Urmiya gölü ətrafında qar ehtiyatlarının mövcudluğu ilə bağlı yayılan peyk fotoları və gölüdə suyun artması ilə bağlı iddialara aldanmayıb.

Sari az miqdarda göldə yığılan suyun müvəqqəti olduğunu və yaxın vaxtlarda buxarlanaraq yenidən quruyacağını söyləyib.

Behruz Sari həmçinin deyib: “Su ehtiyatlarının kompleks planlaşdırılması və idarə edilməsinə güclü ehtiyac var. Qış mövsümündə gölün su hövzəsindəki kiçik qar örtüyü və axan su sizi çox sevindirməsin”.

Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.  Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətinin 10 faizi qədər deyil.

Həmçinin yoxlayın

Yol qəzasında həlak olan Təbrizdəki Azərbaycan konsulunun cənazəsi Azərbaycana gətirilib

GADTB: Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat …

CBS: Müctəba Xameneinin gizlənməsi ABŞ-la mümkün razılaşma prosesini ləngidir

GADTB: CBS telekanalı ABŞ hökumətindəki “mövzu ilə tanış rəsmilər”ə istinadən yayımladığı hesabatda bildirib ki, Müctəba …