Bazar ertəsi , May 25 2026
azfa

Urmiya gölünün duz fırtınaları faciəyə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurudulması nəticəsində meydana gələn fırtınalar böyük faciəyə çevrilməkdədir.

Təbriz Universitetinin müəllimi, Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin dekanı Behruz Sari Sərraf Urmiya gölündən başlayan duz fırtınalarının faciəvi nəticələrə səbəb olacağını deyib.

O bu barədə xəbərdarlıq edərək deyib: “Təbriz Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdəki toz fırtınalarının və Urmu gölündəki duzlu toz fırtınalarının təsirinə məruz qalır ki, bu da bu şəhərin ekoloji problemini ikiqat artırır”.

Hazırda 3 milyard kubmetr suyu olan Urmiya gölünün su və sahəsinin 90% azaldığını, bunun nəticəsində baş verən duz fırtınalarının bölgəni təhdid etdiyini deyib.

Behruz Sari Sərraf gölün bərpasının sürətləndirilmədiyi, yanlış idarəetmə metodunun dəyişmədiyi təqdirdə daha faciəli durumun yaranacağını deyib.

Qeyd edək ki, İran rejiminin Urmiya gölünü qurutduğu üçün artıq son illərdə duz fırtınaları yaranıb və bütün Azərbaycanı xarabaya çevirmə təhlükəsi yaranıb.

Həmçinin yoxlayın

Tramp: İranla razılıq əldə etsəm, bu, Obama dövründəki kimi deyil, real və güclü razılaşma olacaq

GADTB: Donald Tramp İranla mümkün razılaşmanın əvvəlki nüvə sazişlərindən tamamilə fərqli olacağını bildirib və belə …

ABŞ və İran ilkin sülh sazişi bağlamağa yaxı olsa da, detallar qeyri-müəyyən olaraq qalır

GADTB: Tramp ABŞ və İranın saziş barədə “əsasən razılığa gəldiklərini” bəyan edib, baxmayaraq ki, Amerika …