GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su Hövzələrinin Mühafizəsi və Bərpası İdarəsinin baş direktoruUrmiya gölü probleminə toxunaraq deyib: Urmiya gölünün problemi hələ də davam edir.
Bu il Urmiya gölünə 2 milyard kubmetrə yaxın su daxil olub, lakin gölün su payı əvvəlki illərdə ödənilmədiyindən və bu il bu iş lazımi səviyyədə aparılmadığından gölün quruma problemi davam etməkdədir.
Eyni zamanda havanın istiliyinə və buxarlanmaya görə gölə daxil olan suyun bir hissəsini də itirdik. Nəticədə göl hələ də qurumaqda davam edir.