Cümə , Aprel 17 2026
azfa

Urmiya gölünün sahəsi bir ildə yarıya endi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Urmiya gölünün qarşısında sədlər çəkməklə suyun gölə buraxmaması, eləcə də quraqlıq nəticəsində gölünün sahəsi bir ildə yarıya enib.

İranın Energetika Nazirliyinin yaydığı statistikaya əsasən Urmiya gölünün suyunun tarazı noyabrın 10-da 1270.56 olub ki, bu da keçən ilin oxşar dövrü ilə müqayisədə 64 sm və 40 gün öncə ilə müqayisədə 9 sm azalma göstərir.

Urmiya gölünün sahəsi isə keçən ilin oxşar dövrü ilə müqayisədə 2027 kvadrat kilometr azalma ilə 1777 kvadrat kilometrə çatıb. Bu isə 2018-ci ildən bu yana gölün ən kiçik həddə çatdığını göstərir.

Həmçinin gölün suyunun həcmi 2.45 milyar kubmetrə çatıb. Yəni bir ildə 2.73  milyard kubmetrə milyar azalıb.

Həmin statistikaya əsasən Urmiya gölünün durumu 1918-ci ildən də kritik vəziyyətə çatıb. Artıq göl ciddi şəkildə qurudulur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …