GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində əhali Beynəlxalq Ana Dili Günü münasibəti ilə şəhərdə çox sayda trakt paylayıblar.
Həmçinin azərbaycanlı fəallar fevralın 20-də şəhərin mərkəzi küçələrində əhali arasında şokolad paylamaqla Beynəlxalq Ana Dili Gününü qeyd etmişlər.
Qeyd edək ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Lakin irqçi fars rejim Azərbaycan türkcəsini qadağan etməklə yanaşı bu günü qeyd edənləri tutaraq həbsə məhkum edir.