Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiyada fəallar rejimə azərbaycanlı siyasi məhbuslarının sağlıq durumu ilə bağlı xəbərdalıq etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallar rejimin koronavirusa yoluxdurduğu azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə üzərində  “Azərbaycanlı siyasi məhbuslarının sağlıq durumu bizim qırmızı xəttimizdi” şüarı yazılmış plakatdı şəhərin əsas yollarından birində asıblar.

Onlar bu yolla rejimə azərbaycanlı siyasi məhbuslarının sağlıq durumu ilə bağlı xəbərdalıq etdilər.

Qeyd edək ki, Güney Azərbaycan bir sıra şəhərlərində, o cümlədən Ərdəbildə rejimin azərbaycanlı siyasi məhbusları həbsdə saxladığı zindanında korona virus yayılıb. Nəticədə tanınmış azərbaycanlı siyasi məhbusu Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslar korona xəstəliyinə yoluxublar. Xüsusilə Abbas Lisaninin vəziyyətinin ağır olduğu bildirilir.

Buna görə də azərbaycanlı fəallar Güney Azərbaycanın Ərdəbil, Təbriz, Urmiya və s. şəhərlərində azərbaycanlı siyasi məhbuslara, o cümlədən Abbas Lisani, Yusif Kari, Vasiqi qardaşları və digər siyasi məhbuslara azadlıq tələbilə şüarlar yazıblar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın