Cümə axşamı , Oktyabr 22 2026
azfa

Avropa Birliyi İranla biznes forumdan imtina etdi

Tehranda keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı– İran onlayn biznes forumu Fransa, Almaniya, Avstriya, İtaliya səfirləri, habelə Aİ-nin ali nümayəndəsi Jozep Borrel tərəfindən boykot edilib.

Bu addımın səbəbi şənbə günü İranda müxalifətçi jurnalist Ruhullah Zamın asılaraq edam edilməsidir. Həmin hadisə İranla Avropa ölkələri arasında diplomatik qalmaqala səbəb olub.

Ev sahibi isə tədbirin təxirə salındığını açıqlayıb.

Bir milyondan çox izləyicisi olan “Amad News” əks-hökumət saytının rəhbəri olan 47 yaşlı R.Zam 2017-2018-ci illərin etiraz aksiyalarına dair xəbərləri dərc etdirərək materiallar topladıqdan sonra Fransada slığınacaq almış, sonradan İraqda həbs edilərək İrana təhvil verilmiş və telefon appları vasitəsilə iğtişaş yaratmaqda ittiham edilmişdi.

Fransa hökuməti bu edamı “barbarlıq və qəbuledilməz” dəyərləndirərək İranın beynəlxalq öhdəliklərinə zidd olduğunu bildirib. Avropa İttifaqı da bu hadisəni sərt şəkildə qınayan bəyanat verib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın