Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiyada keçirilən yarışda milli şüarlar səsləndirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərində Urmiya komandası ilə Əhvaz komandası arasında keçirilən yarışda milli şüarlar səsləndirilib.

Aprelin 11-də Urmiya şəhərinin “Şəhid Bakiri” stadionunda Urmiyanın “90 Urmiya” komandası ilə Əhvazın “Fuladi Novin” futbol komandası arasında keçirilən yarışda milli şüarlar səsləndirilib.

Urmiya komandasının 1-0 hesabı ilə qələbə qazanması ilə başa çatan yarışda stadionda olan tamaşaçılar fars dilində məcburi təhsilə, türk dilinə qarşı məhdudiyyətlərə, ana dilində təhsil qadağasına, qadınlara qarşı ayrıseçkiliyə, Güney Azərbaycan iqtisadiyyatı və ətraf mühitinə qarşı laqeydliklərə etiraz ediblər.

Azərbaycanlı tamaşaçılar və milli-mədəni fəallar bu məqsədlə stadionda aşağıdakı milli şüarları səsləndiriblər:

“Haray-haray mən türkəm”

“Azərbaycan qızları-göylərin ulduzları”

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə”

“Urmu gölü can verir, İran onun qətlinə fərman verir”

“Nə Qəzzə, nə Lubnan(Livan), canımdır Azərbaycan”

“Azərbaycan var olsun, istəməyən kor olsun”

Qeyd edək ki, İran rejiminin Azərbaycana qarşı müstəmləkə siyasəti Azərbaycan türklərinin etirazı ilə qarşılaşır və nəticədə onlar müxtəlif tədbirlər, o cümlədən yarışlarda yaranan fürsətdən istifadə edib rejimə öz etirazlarını bildirirlər.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …