Bazar ertəsi , Noyabr 16 2026
azfa

Urmiyada mədəni tədbirin keçirilməsinə mane oldular

Güney Azərbaycanın Urmiya şəhərinin universitetində Azərbaycan poziyası ilə bağlı tədbirin keçirilməsinin və kitab təqdimatının qarşısı alınıb.

“Azərbaycanşünaslıq Mərkəzi”nin məlumatına görə, mədəni tədbirdə Azərbaycan türkcəsi və ədəbiyyatı ilə bağlı çıxışlar edilməsi və şeirlər oxunması nəzərdə tutulmuşdu, eyni zamanda, Urmiya Tibb Elmləri Universitetinin tələbəsi, gənc şair Nima Cəlilzadənin Azərbaycan türkcəsində olan “Qırov” şeir kitabının təqdimatı planlaşdırılılmışdı.

Mədəni tədbirdə iştirak etmk üçün Təbriz, Ərdəbil, Xiyav və Güney Azərbaycanın başqa bölgələrindən Urmiyaya gələn çox sayda qonaqlar geri qayıdıblar.

Mərasimin keçirilməsinə bir neçə saat qalmış ləğv edilmə qərarı molla rejiminin azərbaycanlı elm və sənət adamlarına qarşı yönəlmiş planlarından biridir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …