GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində rejimin polis qüvvələri səyyar satıcılara divan tutdu.
Bu barədə yerli sosial media fəalları məlumat yayıb.
Bələdiyyə məmurlarının səyyar satıcıların mallarını müsadirə etməsindən sonra başlayan qarşıdurmanı yatırmaq üçün hadisə yerinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu bildirilir.
Xüsusi təyinatlılar etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.
Rejimin məmurları onlarla səyyar satıcını həbs ediblər.