Şənbə , Noyabr 28 2026
azfa

Təbrizdə Azərbaycan türkcəsində tamaşa səhnəyə qoyulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 27-də Azərbaycan türkcəsində olan “Malı çox, günü qara” tamaşası Təbrizin 22 Bəhmən kinokompleksinin Siyami zalında nümayiş olunacaq.

Tamaşanın rejissoru Yaqub Sədiq Camal Təbrizin “Sorxeyi” sarayında bir qrup sənətçi, həvəskar və media mənsublarının iştirakı ilə “Malı çox, günü qara” komediya tamaşasının afişasının açılış mərasimində çıxış edərək məlumat verib.

O, Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca qara balıq” tamaşasının maliyyə problemləri və başqa məhdudiyyətlər səbəbindən səhnədən yığışdırıldığını söyləyərək, Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:

“Son nəfəslərimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor hekayələri əsasında hazırlanıb.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …