Cümə axşamı , Fevral 12 2026
azfa

Urmiyalılar Urmiya və Qərbi Azərbaycanda məktəblərdə türk dilinin tədrisini tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada bir qrup valideyin, millət vəkili, müəllim, əsnaf və s. imzatoplamaqla Urmiya və Qərbi Azərbaycanda bütün məktəblərdə Azərbaycan türkcəsinin tədrisini tələb etdilər.

Azərbaycan türkcəsinin Azərbaycanın qərb bölgəsinin məktəblərində tədrisini tələb edən azərbaycanlıların yazdığı məktubun bir hissəsində deyirlir:

“Bizim ana dilimiz olan türk dili Qərbi Azərbaycan vilayətinin ümumi ünsiyyət dilidir və biz ana dilimiz-milli dilimizin bu vilayətin bütün məktəblərində tədris edilməsini tələb edirik”.

İmza edənlər:

  • Urmiyanın məclisdəki millət vəkilləri Nadiq Qazipur, Ruhulla Həzrətpur və Seyid Hadi Bahaduri;
  • Nilufər adına qız məktəbinin müdiri və işçilər;
  • Bir qrup əsnaf və məktəblilərin valideynləri.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın