Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

HDP-nin rəhbərlik etdiyi bələdiyyələrin PKK idarə etsiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, HDP-nin rəhbərlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin etdiyi terrorçular idarə edir. Sədrlər simvolik olaraq vəzifədə görünsə də, bələdiyyənin bütün fəaliyyətini dağdan göndərilən bu “tam səlahiyyətli” terrorçular yönəldir.

HDP bələdiyyələrinin PKK tərəfindən idarə olunmasıyla bağlı bu məlumatlar gizli kəşfiyyat hesabatları və gizli şahid ifadələrindən sonra üzə çıxıb.

Hesabatlardan PKK-nın şəhər təşkilatı KCK daxilində qurulan “yerli idarə heyəti”ndə yer alan terrorçuların HDP bələdiyyələrinə cavabdeh olduğu məlum olub.

Həmin terrorçuların HDP-yə aid bələdiyyələrdə bütün fəaliyyətin PKK xəttinə uyğun aparılmasının təşkili, il və ilçə sədrləri ilə məclis üzvlərinə birbaşa əmr və təlimat vermə səlahiyyətinə sahib olduğu da təsbit edilib.

Gizli şahidlər və kəşfiyyat hesabatlarında əks olunan məlumatlara görə, dağdan göndərilən bu terrorçular fəaliyyət göstərdiyi bələdiyyənin həmsədrlərinin işdən çıxarılması və yerinə başqasının təyin olunması, məclis üzvlərinin vəzifəsinə son verilməsi kimi səlahiyyətlərə malikdir. Seçki prosesi zamanı HDP-dən bələdiyyə başçısı və məclis üzvlüyünə namizədlərin də “seçilməsi”, ideoloji müsahibələr, bələdiyyə daxilində vəzifə dəyişikliyi, kooperativlərin təşkil edilməsi, bələdiyyə işçilərinin təşkilatlanması, bələdiyyə sədr və həmsədrləri, məclis üzvlərinin təhsillərindən cavabdeh olduqları da məlum olub. Bundan başqa, HDP-çi sədrlərin bu terrorçulardan təlimat almadan və onlarla məsləhətləşmədən heç bir addım ata bilmədiyi də gizli şahid ifadələrində yer alıb.

Hesabatlara görə, KCK rəhbərliyi altında təşkil olunan yerli idarələrin fəaliyyət mərkəzi Diyarbəkirdir. Diyarbəkirdə qurulan yerli idarəetmə akademiyasında bələdiyyə başçılarına, həmsədrlərə və məclis üzvlərinə dağdan gələn terrorçular tərəfindən PKK ideologiyası çərçivəsində fəaliyyətlər haqqında təlim keçirilir. Bu yerli idarələr həm də PKK-nın maliyyə mərkəzidir, bələdiyyələrdən və onların işçilərinin maaşından hər ay müəyyən məbləğ tutularaq PKK-ya göndərilir.

Sözügedən bələdiyyələrin uşaqların dağlara qaçırılmasında birbaşa iştirakı olduğu vurğulanır.

Türkiyə Kassasiya Məhkəməsi 15 yaşına çatmamış uşaqların terror təşkilatına qoşulmasını, “dövlətin ərazisi olan torpaqlardan bir hissəni dövlətdən ayırmağa yönəlik hərəkət”ləri nəzərə alaraq bu cinayəti törədənlərə ağrılaşdırılmış ömürlük həbs cəzası verilməsi ilə bağlı qərar qəbul edib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Bir cavab yazın