Cümə axşamı , Sentyabr 24 2026
azfa

Urmiyanın bələdiyyə başqanının həbsi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpur İranın ETTELAAT qüvvələri tərəfindən həbs edilməsi artıq təsdiqləndi.

Məhəmməd Həzrətpurun həbsinin səbəbləri barədə hələlik heç bir məlumat yayılmayıb, ancaq onun korrupsiya ittihamı ilə əlaqədar nəzarət altına alındığı iddia edilir.

Keçən il İRNA xəbər agentliyi Urmiya Bələdiyyəsində 7 müdir, mütəxəssis və vasitəçinin tutularaq məhkəmə orqanlarına təhvil verildiyi barədə məlumat yaymışdı.

Həmçinin 2020-ci ildə Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən biri olan Mahabad şəhərinin də şəhər şurası ləğv edilib.

Məhəmməd Həzrətpurun həbsində İran rejimi tərəfindən Azərbaycan böyük bir hissəsinin kürdləşdirilməsi məqsədilə Qərbi Azərbaycana vali təyin edilən PKK tərəfdarı Şəhriyarinin maraqlı olduğu bildirilir. Çünki, terror tərəfdarı olan qeyri-yerli valinin Məhəmməd Həzrətpura müxalif olduğu bildirilir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …