
GADTB: Urmudakı “Uriad Mall” ticarət mərkəzində Traxtur və Şəms Azər komandaları arasında keçirilən futbol qarşılaşmasının canlı yayımı qəfildən ləğv edilib.
Bu oyunu canlı izləyə bilmək üçün ticarət mərkəzinə on beş minə qədər azarkeşin gələcəyi gözlənilirdi.
Qetd edək ki, Qoşaçay Şəhər Şurası da bu yarış üçün şəhər televiziyasının yayım lisenziyasını ləğv edib.
Ölkənin digər bölgələrində keçirilən idman yarışlarının ictimai yayımı adətən maneəsiz olsa da, son günlər Azərbaycan şəhərlərində “Traxtur”un oyunlarına qaşı bu yanaşma azarkeşlərdə bəzi suallar doğurub.