Cümə axşamı , Mart 23 2023
azfa

Uyğur türklərinə qarşı yüksələn milli əritmə siyasəti ilə bağlı BBC agentinin raporu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin, Uyğur Türklərinin uşaqlarını ata-analarından qoparır. Bütün dünyanın gözü qarşısında Çin faşizmi dayanmadan Uyğur Türklərinin üzərinə ən ağır assimilə strategiyası uyğulayır.

BBC-nin geniş yer verdiyi bəlgələrə görə, Çin-in Xinjiang Bölgəsində geniş eyitim kampları yenidən qurularaq, ağırlığı Uyğur Türkləri olaraq müsəlman uşaqlarını çinliləşdirmə hədəfini irəli sürür. Çin rejimi, yüz minlərcə çinli olmayan uşaqları bu kamplarda yerləşdirir. Çin kommunizmi bunda da qalmayıb, yatılı (İnternat) oxulların tikintisinə dayanmadan dəvam edir.

BBC-nin Çindən qaçan türklərin içindən əldə etdiyi bəlgələrdə göstərir ki, Çin rejiminin Uyğurlara və müsəlmanlara qarşı ortaya qoyduğu irqçı siyasəti tam bir yox edici stratejiyə dönüşmüşdür.  Başqa-başqa 60 ailə görüşmələrdən əldə olunan incələmələrə görə, Doğu Türküstandan Avrupaya qaçanların başlıca səbəbini uşaqlar oluşdurur. Bu incələməyə görə, gündən-günə artan kamp oxullarının acımasız milli əritmə siyasəti etnik qrupların uşaqlarını hədəfə almaqdadır.

Çin Kommunist rejimi tərəfindən yoğun kontrolda tutulan  Xinjiang Bölgəsindən doğru bilgi almaq hardasa imkansın görünməkdədir.

Türkiyəyə sığınan yüz minlərcə Uyğur Türklərinin verdiyi toplu bilgiyə dayanaraq, 2 ildən bəri Çin dövlətinin qurduğu (ana dili!?) kapmlarında çincə eyitim alan Türk uşaqların sayı ən azı yarım milyonu keçmişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın