Şənbə , Sentyabr 26 2026
azfa

Terrorçu sepah komandanı neft tankerinə görə Britaniyanı terrorla hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu Sepah Təşkilatının eks komandanı Möhsün Rzai cinayətkara qaçaqmalçılıqla neft daşıyan tankerinə görə Britaniyanı terrorla hədələdi.

O Cəbəllütariq muxtar hökumətində saxlanılan və İran nefti daşıyan tankerlə bağlı insidentə cavab olaraq Londonu Britaniya gəmisini girov götürəcəyi ilə hədələyib.

Terrorçu Mohsen Rezayi deyib: “Əgər Britaniya neft tankerini azad etməsə, o zaman biz də onların tankerini girov götürəcəyik”.

Qeyd edək ki, Tehran Britaniyanın səfirini dəvət edərək ona insidentlə bağlı etiraz notası təqdim edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi də bildirib ki, tankerə xam neft İran limanında yüklənib.

Cəbəllütariq hökuməti isə bəyan edib ki, “Grace-1” tankeri şahidlərin iştirakı ilə yoxlanılıb və onun göyərtəsində heç bir kriminal fakt aşkar edilməyib. Hökumət sözçüsü qeyd edib ki, gəminin 28 nəfərlik heyəti Hindistan, Pakistan və Ukrayna vətəndaşlarından ibarətdir.

Bu insident İranla Qərb arasında onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın