Cümə axşamı , Mart 28 2024
azfa

Vərəndə albanlarinin qədim və etnik mənşəyi

GADTB:Vərəndə mahalı vaxtiylə daha dəqiq desək XIX əsrin sonuna qədər Qarabağın Albanlar yaşayan bölgərindən biriydi. Lakin bir məliklik olaraq 1747-ci ildən 1822-ci ilədək mövcud olmuşdur.

Vərəndə ərazisi coğrafi olaraq Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi. 《Vərəndə》adı Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346-347). N.A.Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79). XIII əsrin əvvəllərində monqolların Cənub-şərqi Avropada hakimiyyətindən sonra Bərəndə (Vərəndə) tayfasının bir hissəsi Bolqarıstan və Macarıstana getmiş, digər hissəsi Dərbənd keçidi ilə Azərbaycana gəlmişdir.

Rus tədqiqatçılarına görə Berede tayfasının kürenləri (türk dillərində min alaçıqdan ibarət hərbi düşərgə) “Kurel” adlanırdı. İndi də rusların Vladimir-Suzdal knyazlığı ərazilərində Berende və Berendeyevo adlı məntəqələr vardır (Poloviy, s. 74). Bir fikrə görə, əslən Peçeneqlərdən olan Vərəndə və Qov tayfaları Cənub-şərqi Avropada erkən orta əsrlərdə qıpçaqlara qarışmışdır (Materialı po istorii karakalpakov. M.X., 1935, s.13). Yuxari Qarabagda Vərəndə (Bərəndə) mahal adı bu elin adını əks etdirir. Lakin qıpçaqların Tərtər və türk tayfalarının adlarını əks etdirən coğrafi adlar VII əsrə aid mənbədə cəmiyyətinə görə həmin tayfaların göstərilən əsrdən əvvəl burada yaşaması fikrini Vərəndə yer adına aid etmək olmur. Ona görə də Bərəndə tayfasının Yuxari Qarabağda məskunlaşma vaxtını müəyyənləşdirmək çətindir. Lakin Yaqut əl-Həməvinin (XIII əsr) Cənubi Azərbaycan ərazisində, Qəzvin ilə Xalxal arasında Bərəndək məntəqə adının çəkməsi göstərir ki, bu el hər halda, XII əsrdən əvvəl Azərbaycan ərazisində yaşayırdı. XIX əsrdə Tiflis quberniyasının Axalsıx qəzasında Varanta (xarabalıq kənd adı), Şimali Qafqazda Terek əyalətinin Qroznı dairəsində Böyük Varanta və Kiçik Varanta, Soçi dairəsində Verendeçay kənd adları ilə mənşəcə eynidir.

Əski-antiq çağlarda Vərəndə mahalının ərazisində qıpçaq türkləri yaşayırdı. Bu türklər oturaq biçimində dövran keçirib sənətkarlıqla məşğul olurdular. Zaman keçdikcə bu tayfalar peşələri ilə ilgili adlanmağa başladılar. Çanaqçı, çölməkçi, qaşıqçı, qıyıqçı, yaycı, yəhərçi və başqa adla Qarabağda çavlandılar.

Sonra mahalın ərazisinə oğuz türkləri köçdülər. Hər iki türk qrupundan olan tayfalar əl-ələ verib mahalda xoş güzəran keçirirdilər. 1332-ci ildə Sultan Əbu Səid Bahadur xan Elxanlı Məhəmməd bəy Baytmış bəy oğlu Quşçunu Qarabağa hakim təyin etdi. Məhəmməd bəy Qıpçaq tayfasından idi. Qarabağa gələrkən öz eli olan quşçuları da gətirdi. Quşçulardan bir oymaq Vərəndə mahalında yerləşdi.

Feodal ara savaşları dönəmində mahal ərazisində yaşayan türklərin əksəriyyəti digər bölgələrə köçürüldülər.

Vərəndə mahalın sınır-sərhədləri haqqında tarixçi Mirzə Yusif Qarabağı yazır: “Ikinci Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq Əlibaba (Əlibala) düzənliyinə qədər uzanır. Eni Kirs dağından Şuşakənd çayına və Xəlifəliyə qədərdir. Bu ərazi çox gəlirli və məhsuldardır. Burda buğda və başqa dənli bitkilər yaxşı yetişir”. Vərəndə mahalı şimalda Şuşa şəhəri, şərqdə Kəbirli, cənubda Cavanşir-Dizaq, qərbdə Qaraçorlu mahalları ilə çevrələnirdi. Mahalın başkəndi Çanaqçı şenliyi idi. Vərəndə mahalına Füzuli bölgəsinin Divanəlilər, Qacar, Hacıyüzlü (Veysəlli kəndinin bir hissəsi) bağlanmışdı.

1712-ci ildən bölgəyə edilən dağıstanlı və şirvanlıların basqınlarından birində Dizaq və Vərəndə mahalının əhalisi əsir aparılmışdır. Vərəndə məliyi Bağır əsir xristiyanları(xristian türk-albanlar) hədiyyələr və pul qarşılığında əsirlikdən azad edə bilmişdir.

Paşa Əsədov,

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …