Şənbə , Dekabr 9 2023
azfa

“Vedomosti”: Türkiyənin Qafqazda nüfuzu artdı, Rusiyanın isə azaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı müharibə nəticəsində Türkiyənin bölgədəki nüfuzu əhəmiyyətli dərəcədə artdı.

Bu barədə Rusiyanın Strategiyalar və Texnalogiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko “Vedomosti” qəzetindəki məqaləsində bildirib.

Müharibənin Ermənistan üçün fəlakətlə nəticələndiyini söyləyən Makienko tezliklə daha bir “acı reallığ”ın ortaya çıxacağını bəyan edib.

Makienko qeyd edib ki, Rusiyanın Trans-Qafqaz bölgəsində təsiri xeyli azalacaq. Türkiyənin nüfuzu isə xeyli dərəcədə artıb. Türkiyənin Mərkəzi Asiyada da təsiri sürətli şəkildə yüksələcək.

Məqalədə türkçülüyün “postsovet inteqrasiyası”ndan daha cəlbedici bir layihəyə çevrildiyini deyən hərbi ekspert “Bayraqdar” pilotsuz aparatının Liviya və Suriyadan sonra Qarabağda da uğurlu nəticələrə imza atdığını vurğulayıb.

Həmçinin yoxlayın

Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalları Təbrizin Eynalı …

Azərbaycan Milli Hərəkatı fəalları Murtəza Nurməhəmmədi Nadarlı ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dekabrın 8-də …

Bir cavab yazın