
GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, müdafiə sistemlərini gücləndirir və nüvə obyektlərinin ətrafında əlavə istehkamlar qurur.
Nəşrin yazdığına görə, ötən ay mümkün quru hücumuna qarşı müdafiəni gücləndirmək məqsədilə Külüng dağı və Nətənz nüvə obyektlərinin ətrafında müvəqqəti torpaq sədlər ucaldılıb. Tehran, habelə, tərəfdarlarını səfərbər edir və yeni hücumlar olacağı təqdirdə Fars körfəzində ABŞ-yə və onun müttəfiqlərinə qarşı genişmiqyaslı cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edir.
WSJ qeyd edir ki, İran ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonrakı dövr üçün mümkün hərbi zərbələrə hazırlaşmaqla yanaşı, Vaşinqtonu hücumdan çəkindirməyə çalışır. İran rəsmiləri açıq bəyanatlarında və region ölkələrinin nümayəndələri ilə qapalı müzakirələrində ABŞ-nin yeni zərbələrinin münaqişəni bütün Yaxın Şərqə yayacağı barədə xəbərdarlıq ediblər./ Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi