GADTB: Azərbaycanın toponomikasında izini həkk etdirmiş boylardan biri də yerli türk boylarından olan xəzərlərdir. Onlar barədə geniş məlumatı S. Pletnyovanın “Xəzərlər” (Плетнева C., 1976) və İ. Artamanovun “Xəzərlərin tarixi” kitablarından əldə etmək mümkündür (Артамонов, 1962). Vaxtilə L. Qumilyov yazırdı ki, xəzərlərin haradan peyda olduqları və hara yox olduqları bizə
məlum deyildir (Гумилев, 2002, s. 10). Bununla belə, bu xalqın mənşəyi tam məlumdur və bu barədə dəqiq məlumatı biz Xəzər xaqanı İosifin məktubundan əldə edə bilərik. O, xəzərlərin Nuh oğlu Yafəsin övladlarından olan Toqarmanın (Türkün) 10 oğlundan birinin – Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını isə belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir (Плетнева C., 1976, s. 7-8).
Musa Kağankatlı isə “Albaniya tarixi” adlı I kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim
olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən yerli xaqan sülaləsinin nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın da adıını çəkir: “Yafəs, Qomer, Tiras, Toqarma …” (Moisey Kalankatuklu,
2006, s. 21).
Burada Yafəs Arranın // Albaniyanın ilk hökmdarı kimi qeyd edilir. A. Bakıxanov da F. Rəşidəddinə və digər müəlliflərə istinadən Yafəsdən türklərin əcdadı və ilk xaqanı kimi söz açır. (Bakıxanov A., 1951, s. 31, 91; Babayev, 1998, s. 81-82; Rəşidəddin F., 1992, 10).
“Xəzərlərin haradan peyda olduqları və hara yox olduqları”nı n məlum olduğunu söyləyən L. Qumilyovun dövründə genetika elmi hələ çox inkişaf etməmiş və xəzərlərində genetik yapısı hələ tədqiq edilməmişdi. Odur ki, bu sualın cavabı artıq tam dəqiqliklə məlumdur.
Hazırda xəzərlərin genetik mənsubiyyəti məsələsi alimlərin ciddi tədqiqat istiqamətlərinən birinə çevrilib (Eran Elhaik, 2012) və genetik testlər xəzərlərin R1a-Z93 haploqrupunun daşıyıcısı olan qədim türk soylarından biri olduğunu göstərmişdir.
Bu genin daşıyıcılarına Cənubi Sibirdən Qara dəniz sahillərinə qədər yayılan və türk ləhcə və şivələrində danışan bir çox xalqlar arasında, o cümlədən qaraçaylılar, balkarlar, tatarlar, başqırdlar, eləcə də digər iskit dairəsi xalqlarının varisləri arasında sıx-sıx rast gəlinir (Клесов А, 2016, с. 913-922).
Qeyd etmək lazımdır ki, qazıntı halnda tapılan sözügedən haploqrup xəzər kurqanlarından əldə edilmiş bir neçə skelet qalıqları üzərində aparılmış DNT analizləri nəticəsində aşkar edilmişdir.
Bu gün arxeoloqlara bir neçə yüz xəzər kurqanı məlumdur.
(Ивик О., Ключников В.) adlı kitabından əldə etmək mümkündür. Eyni sözləri L. Kleyn və başqalarının birlikdə qələmə
aldıqları «İskit dövrünə aid katakomba və Saltov kurqanı» adlı əsər haqqında da söyləmək olar (Клейн Л. С. И др., 1972). Bu müəlliflərin hər biri xəzər kurqanlarının qazıntılarında bilavasitə iştirak etmişlər və təbii ki, bu barədə hər kəsdən daha çox məlumata sahibdirlər.
Sırf xəzərlərə aid kurqanların müəyyənləşdirilməsində, digər kurqanlardan fərqləndirilməsində M. Artamonovun rolu çox böyükdür və onun haqqında məlumat verdiyi Saltov kurqanı qazılmış ilk xəzər kurqanlarından biri hesab edilir. Ümumilikdə isə Saltov mədəniyyəti, o cümlədən eyni dövrə aid yaşayış məskəni xəzərələrə (VIII-X əsrlər) aid edilir.
Aşağı Don hövzəsinin xəndəkli kurqanlarının tədqiqində və onların xəzərlərə aid olduğunun təsbit edilməsində A. Semyonovun xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Bu kurqanlar VII-IX əsrlərə aid edilir.
Xəzər kurqanlarını digər kurqanlardan fərqləndirən əsas cəhətlər bunlardır:
Sözügedən kurqanların qəbir kameralarının ətrafında kvadrat formasında xəndək qazılıb; Bu kurqanlarda ölülər tək basdırılıb;
Onların paralellərinə Orta Asiyada aşkar edilmiş türk kurqanlarında da rast gəlinib (Плетнева С. А., 1999).
Beləliklə, orta əsrlərə aid xəndəkli kurqanlar xəzərlərə aid edilir və məhz həmin kurqanlardan əldə edilmiş gen nümunələri də xəzərlərin etnik göstəricisi hesab edilir. Onlara aid edilən mədəniyyət də “Saltov-Mayats mədəniyyəti” adlandırılır.
Üzərlərində genetik analizlər aparılmış xəzərlərə aid iki sümük nümunəsi iki fərqli xəndəkli kurqandandan tapılmış skeletlərdən götürülmüşdür. Bu məzar abidələrinin hər ikisi barədə yazı dərc edilmişdir və bu yazılarda dəfn edilənlərin antropoloji tipinə də toxunulmuşdur. Kurqanlardan biri Kuteynikov II, digəri Talovıy II məzarlığında yerləşir. Bu məzarlıqlar Rostov vilayətinin cənub-qərbində, Don çayının sol sahilində, Don və Manıç çayları arasındakı ərazidə aşkar ediliblər. Hər iki sümük nümunəsinin analizi dəfn edilənlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olduğunu üzə çıxarmışdır. Ümumilikdə isə aparılan tədqiqatlar nəticəsində xəzərlərin ümumi əcdaddan gələn iki nəsldən ibarət olduqlarını üzə çıxmışdır ki, sözügedən haploqrupu
onlardan sadəcə biri daşımışdır. Bu haploqrup genetik sıralamada 1251 indeksi altında qeyd edilir. Digər nəsil isə 1986 indeksi ilə qeyd edilmiş R1a–Z280 haploqrupunun daşıyıcısı olub (Elhaik E., Tatarinova T. V., Klyosov A. A., Graur D., 2014, p. 18-37).
Görünür, bu halda söhbət tarixi mənbələrdə «ağ xəzərlər» və «qara xəzərlər» kimi tanınan iki xəzər soyundan getməlidir.
Genetiklərin apardıqları hesablamalara görə, bu iki soyun ümumi əcdadı 2750-3590 il əvvəl, başqa sözlə, e. ə. II-I minilliklərdə yaşamışdır. Belə hesab edilir ki, R1a–Z93 kök nəsil R1a–Z280 isə ondan ayrılmışdır, yəni onun fərqli bir qolu olmuşdur. Çünki R1a–Z93 daha qədimdir və kərtmə mədəniyyətini yaradan xalq da onun daşıyısı olmuşdur. Bu nəslin ən azı 5000 il yaşı olduğu,
onun təqribən 8075 il öncə tarix səhnəsinə çıxan daha qədim nəsildən ayrıldığı hesab edilir (Клесов А, 2016, с. 913-922). Bu haploqrupa Potapov, Sintaşt, Andronovo, Karasuk mədəniyyətinin yaradıcılarının genlərində də rast gəlinir.
Xəzər dövlətinin güclü olduğu dönəmlərdə onun hüdudları batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev Kazan şəhərləri, doğuda Volqa çayının doğu sahilləri, güneydə Dağıstan və Qafqaz dağlarına qədər uzanırdı. Uzun müddət Azərbaycan da Xəzər dövlətinin tərkibində olmuş, hətta onun siyasi, iq-
tisadi və mədəni mərkəzi rolunda çıxış etmişdir. Xəzərlərin hərbi potensialı o qədər güclü və qüvvətli idi ki, onlar bilavasitə tabeliklərində olmayan xalqlardan da bac alırdılar. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər
Xaqanlığına vaxtaşırı xərac vermişlər. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəllərində yazmışdır: «Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara
Dənizdən Baltik dənizinə qədər duyulmuşdur».
Bəxtiyar Tuncay,
Şahlar Hacıyev.