
GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı ilə onları raket zərbələri ilə hədələyib. O, raket atılmasını və hökumət qüvvələrinin küçələrdə “meydana hakim olmasını” “strateji reaksiyanın iki halqası” adlandırıb.
Taib iddia edib ki, İslam Respublikası hazırda iki cəbhədə mübarizə aparır: hərbi cəbhədə və küçələrdə. Onun sözlərinə görə, hökumət qüvvələri küçələrdə də müharibə cəbhəsində olduğu kimi “mövqelərini qoruyurlar”. O, küçələrdə də raketlərin istiqamətinin ABŞ və İsrailə doğru olduğunu vurğulayıb.
SEPAH-ın keçmiş rəsmisi ölkə daxilində hökumətin problemlərinin olduğunu etiraf etsə də, dərhal bu məsələnin üzərindən keçib. O, Xomeyninin sözlərini sitat gətirərək bütün qəzəb və etirazların ABŞ və İsrailə yönəldilməli olduğunu bildirib. Taib hökumət tərəfdarlarını da küçələrə çıxmağa çağırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi