Cümə axşamı , Oktyabr 15 2026
azfa

Xameneyi yaşıl işıq yandırdıqdan sonra İranda ABŞ ilə danışıqlar ritorikası başlayıb

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin ABŞ-la danışıqlara yaşıl işıq yandırmasından sonra bəzi rəsmilər “ədalətli danışıqlardan” danışıblar.

Əvvəllər danışıqlara qarşı çıxan mühafizəkar “Keyhan” qəzeti çərşənbə günü yeni bir yanaşma sərgiləyərək, danışıqlardan əvvəl  “nüvə proqramı, proksi qruplara dəstək və təsirli silahların istehsalı” kimi mövzulara İranın öz daxilində aydınlıq gətirilməli olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçı yeni danışıqların mümkünlüyünə toxunaraq deyib ki, İran İslam Respublikasının danışıqlar üçün şərtləri keçmişlə müqayisədə daha çətindir.  Eyni zamanda, Həmidrza Hacı Babayi kimi bəzi fundamentalist siyasətçilər ədalətli danışıqlara ehtiyac olduğunu vurğulayıblar.

Bəzi mənbələr, o cümlədən “Axios” nəşri İranın ABŞ-a mesaj göndərmək niyyətində olduğunu bildirib.

Bu xəbərləri təkzib edən İran xarici işlər naziri Abbas Əraqçı və müavini Məcid Təxt-Rəvançi, hələlik heç bir mesaj mübadiləsi aparılmadığını vurğulayıblar./ Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …