Cümə axşamı , Sentyabr 17 2026
azfa

Xameneyi yenidən yeraltı sığınacaqda gizlənib

GADTB: ABŞ-dən mümkün hərbi zərbə təhlükəsinin artması fonunda İranın ali rəhbəri Əli Xameneyi Tehranda yerləşən xüsusi yeraltı bunkərə köçüb. Bununla bağlı, “Iran International” telekanalı xəbər verir.

Məlumata əsasən, bu qərar yüksək vəzifəli hərbi rəsmilərin ABŞ tərəfindən potensial hücum riskini ciddi şəkildə qiymətləndirməsindən sonra qəbul edilib. Xameneyinin gizləndiyi obyekt möhkəmləndirilmiş, bir-biri ilə əlaqəli tunellərdən ibarət kompleks kimi təsvir olunur.

Nəşr bildirir ki, hazırda Xameneyinin üçüncü oğlu Məsud ali liderin ofisinin gündəlik fəaliyyətinə nəzarəti öz üzərinə götürüb.

O, eyni zamanda Prezident Administrasiyası ilə də əsas əlaqələndirici şəxs kimi çıxış edir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …