Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Xankəndidə separatçı rejimin ləğvi prosesinin başlandığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycanın Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejimdə fövqəladə vəziyyət yaranıb.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzet yazır ki, Qarabağdakı separatçı-terrorçu rejimlə yanaşı, “müxalifət” olan siyasətçilər də Ermənistan rəhbərliyinə qarşı üsyan qaldırıb: “İndi əsas müzakirə mövzusu budur ki, Araik Arutunyunyan Paşinyanın Qarabağdan imtina prosesini sona çatdıracaq, yoxsa mübarizə aparacaq”.

Qəzet Qarabağdakı separatçı-terrorçu rejimin daxilində baş verən proseslərə də diqqət çəkib.

“Ötən ilin sonlarında Paşinyan Samvel Babayan vasitəsilə (qondarma rejimin keçmiş “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi) Araik Arutyunyanı “hakimiyyətdən” uzaqlaşdırmaq proqramını həyata keçirməyə başlayıb. Babayan əvvəlcə “büdcə”nin qəbuluna, sonra isə “prezidenti” (qondarma rejimin rəhbəri) impiçment elan etməyə çalışdı. Prosesin hədəfi belə idi ki, “arsax” subyektivliyini itirəcək və daha “prezident” seçə bilməyəcəkdi. Araik Arutyunyan bu plandan xəbər tutdu və birinci mərhələsinin qarşısını ala bildi. Lakin tezliklə prosesin ikinci mərhələsi olacaq. Arutyunyana qarşı etirazlar təşkil olunacağı istisna deyil”, – qəzet yazır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …