Cümə , Yanvar 3 2025
azfa

XİN: “İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addıma qarşıdır”

GADTB: İran XİN sözçüsü Nasir Kənani bugünkü brifinqdə Zəngəzur dəhlizinin açılmasına toxunaraq deyib ki, bu günlərdə dəhliz məsələsi hər zamankından daha çox diqqət mərkəzindədir.

“Qafqazda dəhlizlə bağlı yayılan xəbər və təhlillərin əsasını Rusiya prezidentinin bu yaxınlarda Azərbaycana etdiyi səfər, habelə Rusiya XİN rəhbəri Lavrovun açıqlamaları təşkil edir. İran bölgədə müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi əlaqələrdəki blokların aradan qaldırılmasına və Azərbaycanla Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur”, – Kənani deyib.

Onun sözlərinə görə, bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun bölgədə qeyri-sabitliyin ardınca gedirlər.

XİN sözçüsü qeyd edib ki, İran münaqişələrin həlli üçün “3+3” formatında əməkdaşlığa əsaslanan regional mexanizmin gücləndirilməsinin tərəfdarıdır. /Azad İran

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …