Xocalı faicəsi ilə bağlı toplaşmanı vəhşicəsinə yatıran fars rejimi Təbrizdə kürdlərə toplaşmağa icazə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəfələrlə Təbrizdə Xocalının soyqırımı günü Azərbaycan türklərinin mitinqini vəhşicəsində yatıran irqçi fars rejimi tamamilə türk şəhəri olan Azərbaycanın mərkəzində (Təbrizdə) kürdlərə Hələbçədə kimyəvi silah işlədilməsinin ildönümündə toplaşmağa icazə verdi. Halbuki, Təbriz türk şəhəridir və burada kürd yaşamır.

Kürdk tələbələrin mitinq və mərasimi Təbriz Universitetində baş tutub.

Mərasim çərşənbə günü “Hələbçəyə kimyəvi hücum” adı ilə Təbriz Universitetinin Şəfayi salonunda keçirilib. Universitet məsulları istisna olmaqda mərasimdə iştirak edənlərin hamısı kürd tələbələr olub.

Kürdlər universitetin divarlarının üzərində kürd və fars dillərində şüarlar yazılmış afişa və bannerlər yapışdırmışlar.

Mərasimdə Azərbaycanın mənafeyinə qarşı fikirlər səsləndirilib.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın