Bazar ertəsi , May 25 2026
azfa

Türkiyə ordusu Afrində daha bir neçə məntəqə və kəndi kürd terrorçularından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Cinderes bölgəsini terrorçulardan təmizləyib. Cinderesi azad etdikdən sonra daha da irəliləyən Türkiyə ordusu və ASO Marasti və Məryəmli kəndlərini də terrorçulardan təmizləyib.

Bu gün Cinderesin mərkəzində şiddətli döyüşlərin getdiyi, türk ordusunun ardıcıl zərbələrindən sonra Cinderesin azad edildiyi bildirilir.

Afrinə gedən yolun üzərində yerləşən Cinderes bölgəsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, buranın ələ keçməsindən sonra Afrinə gedən əsas yol türk ordusu üçün açıldı.

Əməliyyatın davamında Türkiyəyə məxsus hərbi təyyarələr Suriyanın Tel Rıfat şəhərindəki terrorçu hədəflərini bombardman edib.

Bu arada isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə ordusu İraqda PKK-ya qarşı da əməliyyata başlayacaq.

“Afrin hərəkatı may ayına qədər bitəcək. İraqda da PKK-ya qarşı əməliyyat olacaq, bunu İraq rəhbərliyi ilə birlikdə edəcəyik. Bağdadla mövqeyimiz üst-üstə düşür. Afrin hərəkatı bitməsə də, iki əməliyyatı eyni vaxtda aparmağa gücümüz var”, – Çavuşoğlu söyləyib.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın