Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Xoşkənabda İkinci Heydərbaba festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yaxın günlərdə Şəhriyarın anadan olduğu Şərqi Azərbaycan əyalətinin Xoşkənab kəndində “Şəhriyarın Heydərbabası” adlı ikinci festival keçiriləcək.

Festivalda müxtəlif bölgələrdən ədəbi-mədəni dərnəklərin üzvləri, ziyalı, yazıçı və sənət adamları iştirak edəcək.

Festivalın mədəniyyət və ədəbiyyat, təsviri incəsənət və qrafik dizayn üzrə müsabiqəsi keçiriləcək.

Ədəbiyyat sahəsində keçiriləcək müsabiqə isə iki dildə, Azərbaycan və fars dillərində baş tutacaq.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …