Xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyi üçün İranın yaxaladığı fəallar zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Urmiyada həbsə atdığı azərbaycanlı milli fəallar Fərid Xurşidi və Salar Tahir Əfşarı mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxıb.

İyulun 16-da Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən rejimin polis idarəsinə çağırılaraq həbs edilən milli fəallar dünən 50 milyon tümənlik mülki vəsiqə qarşısında sərbəst buraxılıblar.

Heç bir günahı olmayan və yalnız xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyi üçün İranın antiislam rejimi fəalları “Milli təhlükəsizliyi pozmaq məqsədilə ictimai rəydə təşviş yaratmaq” və “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham edib. Bu isə o deməkdir ki, xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək İranın “Milli təhlükəsizliyini pozmaq məqsədilə ictimai rəydə təşviş yaratmaq” və “İran İslam Respublikasının əleyhinə təbliğat aparmaq” anlamına gəlir.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edir. Urmiyada tutulan fəallardan isə Şiva Mücərrəd şəhərin mərkəzi zindanında saxlanılır. Fərid Xurşidi və Salar Tahir Əfşardan başqa iyulun 16-da nəzarət altına alınan Səid və Səhənd Behnumun da müvəqqəti azadlığa buraxılıblar.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın