Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal və tərcüməçi Ruzbeh Pirini həbs edib.

Azərbaycanlı fəal iyulun 22-də səhər saatlarında Təbriz şəhərində ata evində yaxalanıb. Fəalın nə səbəbdən yaxalandığı və harada saxlandığı barədə heç bir məlumat verilmir. Azərbaycanlı fəalın qardaşı İnstagram səhifəsində paylaşdığı məlumatda bildirib ki, qardaşını yaxalayarkən nə səbəbdən yaxaladıqlaqrını bildirməyiblər.

Qeyd edək ki, Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşdığı ilə bağlı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdı.

Azərbaycanlı fəal “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək, məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilmişdi.

Fəal iyulun 5-də həbs cəzasını bitdikdən sonra sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın