Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində əməliyyatların davamı olaraq, İran İslam Respublikasının dəstəklədiyi husilərdən bir neçə strateji mövqeni geri alıblar.

Əl-Ərəbiyyə xəbər verir ki, Yəmən hökumət qüvvələri və «Vətən qalxanı» bölmələri «Əl-Miyhal» və «Əl-Məkazmə» ərazilərinə, eləcə də «Əl-Həmra», «Əs-Səvda» və «Əş-Şeyki» təpələrinə nəzarəti ələ keçiriblər.

Təiz cəbhəsinin qərargah rəisi general-mayor Əbdüləziz əl-Məcidi bildirib ki, əməliyyat husilərdən Əl-Kədəhə bölgəsinin geri alınması məqsədilə başlayıb və birgə qüvvələrin irəliləyişi davam edir.

Mənbələrin məlumatına görə, bu istiqamətdə döyüşlər hələ də şiddətli şəkildə davam edir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …