Yair Lapid: İsrail lazım olarsa Bayden hökumətinə xəbər vermədən İrana hücum edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a daxil olan məlumata görə, İsrailin xarici işlər naziri ölkənin “Kanal-12” televiziyasına müsahibəsində İranın təhdidləri qarşısında  ölkəsinin xalqını qoruyacağına söz verib.

Teleqram kanalının xəbərinə görə, “İsrail İranın nüvə təsislərinə və silah anbarlarına hücum etməyə qadirdir?” sualana cavabında deyib: İsrail lazım olarsa, nüvə anlaşmasına qayıtmağa çalışan Bayden hökumətinə xəbər vermədən İrana hücum edə bilər.

Onun sözlərinə görə, İsrail yarandığı vaxtdan öz təhlükəsizliyini qorumaq heç nəyi əsirgəməyib və bu dəfə də heç kəsin icazəsinə ehtiyacımız yoxdur.

İsrailin elə imkanları var ki, bəzilərini dünya və hətta bu sahənin ekspertləri də təsəvvür edə bilməz.

Həmçinin yoxlayın

Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il …

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi …