GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın şimalında fəaliyyət göstərən YPG (PKK terror təşkilatının Suriya qanadı –red.) terror təşkilatı Afrin bölgəsini yenidən işğal etməyə hazırlaşır.
Bu haqda ABŞ-da mənzillənən “Defense Post” portalına YPG/PKK-nın liderlərindən olan Aldar Halil bildirib.
Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə İŞİD-in Deyr-ez-Zordan çıxarılması bu planın həyata keçirilməsini asanlaşdırıb.
“Afrində bir sıra qruplar gizli şəkildə qalıb və gündəlik hərbi əməliyyatlar təşkil edirlər. Təbii olaraq, mövcud proseslərdən faydalanmağa, hərbi əməliyyatları inkişaf etdirməyə, Afrinin azad edilməsi istiqamətində əməliyyatları sürətləndirməyə çalışırıq”, – o deyib.
Qeyd edək ki, 2012-ci ildə Afrində başlayan YPG/PKK işğalına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə 2018-ci ilin mart ayında son qoyulub. Bölgə hazırda ürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarəti altındadır.