GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin Şərqi Aralıqda eyni zamanda hərbi təlimlər keçirəcəyi iddia edilib. Bu barədə “Yeniakit.com.tr” saytı məlumat yayıb.
Belə ki, 4 sentyabr tarixində Türkiyənin təlimlər üçün elan etdiyi bölgədə Yunanıstan tərəfi də təlimlər keçirəcəyini bəyan edib. Bu səbəbdən Şərqi Aralıqda bu gün saat 10:00 və 03:00-da tərəflər arasında gərginliyi yaşanması ehtimalı yüksəkdir.
Məsələ ilə bağlı açıqlama verən türkiyəli jurnalist Ceyhun Bozqurd bildirib ki, Türkiyənin ərazidə qazma-kəşfiyyat işlərini davam etdirəcəyi ilə bağlı qətiyyətli açıqlaması Afinanı özündən çıxarıb:
“Yunanıstan buna qarşı həmlə etmək istəyir”.