Cümə , Yanvar 3 2025
azfa

Yüz min azərbaycanlı Təbrizdə müstəqillik və müqəddəratını təyin haqı tələb etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il fevral ayının 15-də Güney Azərbaycanın mərkəzi olan Təbriz şəhərinin Səhənd Stadionunda Güney Azərbaycanın Traxtur komandası ilə Tehranın İstiqlal komandasının yarışında yüz mindən çox azərbaycanlı gənc üzərində “self-determination is a right, not a crime” şüarı yazılmış plakard qaldırmaqla Güney Azərbaycana müstəqillik və müqəddəratını təyin haqı tələb etdilər.

Azərbaycanlı fəallar həmçinin “Azərbaycan bir olsun-mərkəzi Təbriz olsun”, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

Azərbaycanlı gənclər həmçinin “free political prisoners in azerbaijan” plakardı nümayiş etdirmək, eləcə də “Siyasi zindanilər gərək azad olsun” şüarı səsləndirməklə Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq tələb ediblər.

Təbrizin 70 minlik Səhənd stadionu azərbaycanlı tərəfdarlarla dolduğu üçün 30 mindən çox azərbaycanlı stadionun ətrafındakı təpəliklərdən yarışı izləyiblər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın