Zəlzələdən 100 gün sonea Xoy bölgəsində hələ də əhali çadırlarda yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,molla rejimin ayrı-seçkilik və ögey siyasəti nəticəsində Zəlzələdən 100 gün sonea Xoy bölgəsində hələ də əhali çadırlarda yaşayır.

Xoy zəlzələsindən yüz gün keçsə də, insanlar hələ də çadırlarda yaşayırlar, habelə evlərin kirayəsi və təmiri ilə bağlı maliyyə problemləri qalmaqdadır.

Bəzi qəzalı evlər təmir olunsa da, zəlzələ zamanı dağılmış və bərpası zəruri olan bəzi evlər hələ də bərpa olunmayıb. Hökumətin bu məsələyə diqqətsizliyi zəlzələdən zərər çəkənlərin pis şəraitdə yaşamasına səbəb olub.

Zəlzələdən zərər çəkmiş ərazilərdə kirayə evlərin qiyməti çox yüksəkdir və bəzi zəlzələ qurbanları bu xərci ödəyə bilmirlər. Bu, bir çox zəlzələ qurbanlarının evləri tikilənə qədər çadırlarda yaşamasına səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …

Azərbaycanlı milli fəalın müvəqəti həbs müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu …