Çərşənbə , Dekabr 25 2024
azfa

Zəlzələdən zərər çəkən Xoy bölgəsinin əhalisi hələ də ağır vəziyyətdə yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəlzələdən zərər çəkən Xoy bölgəsinin əhalisi hələ də ağır vəziyyətdə yaşayır.

28 yanvar 2023-ci ildə Güney Azərbaycanın Xoy bölgəsində baş verən zəlzələ nəticəsində evləri dağılan azərbaycanlıların bir çoxunun vəziyyəti ağır olaraq qalır.

Təbrizin “Azərəncümən” nəşrinin yaydığı məlumata görə, zəlzələnin baş verməsindən 600 gündən çox keçməsinə baxmayaraq, hökumətin vəd etdiyi yardımlar və bərpa işləri yerinə yetirilməyib

Zərərçəkənlərin sözlərinə görə, məsələ ilə bağlı məsuliyyət daşıyan dövlət qurumları, o cümlədən banklar  qəbul olunan qərarları yerinə yetirməyib

Banklar dağılan evlərin bərpası və zədələnən yaşayış yerlərinin təmiri üçün vəd edilən kreditlərin ödənilməsindən imtina edirlər.

Bu səbəbdən də, hələdə bir çox ailələrin müvəqqəti sığınacaq kimi nəzərdə tutulan və əksəriyyəti azərbaycanlı xeyriyyəçilərin hesabına alınan kanekslərdə (konteyner) yaşayırlar.

Qeyd edək ki, 28 yanvar 2023-cü ildə Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrində yerləşdirilib. Zərər çəkənlərin bir çoxu hələ də çadırlarda və kanekslərdə yaşayır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq …

Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında görüş

GADTB: Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev …