
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində Urmiya gölü ilə bağlı aksiya keçirilib.
İyulun 24-də bir qrup azərbaycanlı fəal Ərdəbildə ictimai yerlərdə Urmu gölü mövzusunda çap edilmış yüzlərlə poster yayıblar.
Posterlərdə Urmu gölü fotosunun üzərində “Urmu gölü can verir”, “Urmü gölünün bilərəkdən qurudulması və məsulların laqeydliyi Azərbaycan xalqının məhvinə bərabərdir”, “Azərbaycanın milli hərəkəti- Ərdəbil” məzmunlu sözlər yazılıb.
Qeyd edək ki, molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.
Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.