Cümə , Aprel 26 2024
azfa

Əhalini dilənçi kökünə salan irqçi fars rejim silahlanmaya davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qeyri-məntiqi ambisiyaları üzündən əhalini dilənçi kökünə salan irqçi fars rejim silahlanmaya davam edir.

Rejim Hava Hücumundan Müdafiə Günündə yeni PUA təqdim edib. Rejimin ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının “Kiyan” adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən irqçi rejimin ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Əlirza Səbahifərd bildirib ki, “Kiyan” PUA-nın döyüş və müdafiə funksiyaları var.

Ə.Səbahifərdin sözlərinə görə, bu aparat yüksək sürətlə kəşfiyyat əməliyyatlarını apara və uzun müddətə uçuşlar həyata keçirə bilər.

İran ordusunun rəsmisi əlavə edib ki, PUA İran sərhədlərindən çox uzaq məkanlarda hədəfi vura bilər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın