Şənbə , Aprel 27 2024
azfa

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyəli beş alpinist Ağrı dağının zirvəsində ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalına son!” şüarlarını dalğalandırıblar. Aksiya Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) İğdır şöbəsinin dəstəyi ilə təşkil olunub.

TÜRKAZDER-in İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu bildirib ki, alpinistlər üç gün yol qət edərək 5137 metr yüksəkliyə qalxıblar. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz və Azərbaycana dəstək məqsədilə keçirilən aksiya alpinistlərin problemsiz geri qayıtması ilə başa çatıb.

Həmçinin yoxlayın

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …

Güney Azərbaycanda tarixi abidə baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin Durbaş kəndində yerləşən tarixi …

Bir cavab yazın