Cümə , Aprel 26 2024
azfa

Antitürk kürd vali Qərbi Azərbaycanın təhlükəsizlik məsələlərini kürdlərə tapşırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə bu vilayətə təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyari vilayətdə türkləri vəzifələrindən kənarlaşdırıb, kürdləri həmin vəzifələrə təyin edir.

Yerli olmayan kürd vali bu dəfə Loğman Xorsovpuru vilayətin təhlükəsizlik məsələləri üzrə müavini təyin etməklə, Qərbi Azərbaycanın təhlükəsizliyini kürdlərə tapşırıb.

 “Çiçest Nyuz” xəbər saytının yaydığı məlumata görə bir il əvvəl Şəhriyari tərəfindən Bəykəndi (Bukan) bölgəsinə icra başçısı vəzifəsinə gətirilən Xosrovpur vilayətin təhlükəsizlik məsələlərinə nəzarət etməklə yanaşı əvvəlki vəzifəsinə də davam etdirəcək.

Yerli olmayan kürd vali Şəhriyari bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə həssas postlarda çalışan türkləri kürdlərlə dəyişir. Bu işə hökumət də dəstək verdiyi üçün, o planını istədiyi kimi həyata keçirə bilir.

Şəhriyarı 2019-cu ilin avqust ayında kürd terror qruplaşmalarının tərəfdarı olan İskəndər Xəncərini valiliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin edib. Ondan bir neçə həftə əvvəl isə Şəhriyari azərbaycanlıların etirazına baxmayaraq oxşar qərarla valiliyin Yoxlama və Təftiş İdarəsinin yerli türklərdən olan rəisi Seyfəli Nurini işindən azad edərək yerinə Piranşəhrdən (Xana) olan kürd Məhəmməd Sadiq Əmir Əşayirini təyin etmişdir.

Üç il əvvəl isə Qərbi Azərbaycan valiliyinin İctimai və Mədəni işlər üzrə şöbəsinin rəisi Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Məsud Hacı Əlilu və daha bir neçə azərbaycanlı məsul şəxs vali tərəfindən tutduğu vəzifədən azad edilib. Valinin işindən uzaqlaşdırdığı məsulların əksəriyyəti Azərbaycan və türk kimliyinə bağlı olan şəxslər olub. Bu yolla rejim qanunsuz olaraq Qərbi Azərbaycanı kürdləşdirməyə davam edir

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın