Cümə , Aprel 26 2024
azfa

Avropa İttifaqı türk ölkəsi Türkmənistanda nümayəndəlik açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənistan Xarici İşlər Nazirliyində Avropa İttifaqının (Aİ) Türkmənistandakı nümayəndəliyinin (iqamətgahı Ankarada) rəhbəri Kristian Berqerlə görüş olub.

Tərəflər yaxın gələcəkdə Aİ-nin Türkmənistanda nümayəndəliyinin açılması məsələsini müzakirə ediblər.

Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müsbət inkişafı qeyd olunub.

Xatırladaq ki, Aİ və Türkmənistan türkmən karbohidrogen daşıyıcılarının Avropa bazarlarına çıxışını nəzərdə tutan layihənin reallaşdırılmasına sadiqdirlər. Bundan əvvəl maraqlı tərəflər bəyan etmişdilər ki, 300 km qaz kəmərinin Xəzərin dibi ilə Azərbaycan sahillərinə çəkilməsi türkmən resurslarının Avropa bazarlarına çatdırılması üçün ən əlverişli layihədir. Sonra Türkmənistan yanacağı Avropa ölkələri ilə həmsərhəd olan Türkiyəyə nəql oluna bilər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın