Cümə , Aprel 26 2024
azfa

Azərbaycan mədənlərinin fars şəhərlərinə talanıb daşınması sürətlənib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim müstəmləkə siyasəti ilə Güney Azərbaycanın mədənlərini talayıb, fars şəhərlərinə daşıyır.

Fars şəhərlərinə qarət edilib aparılan mədənlərdən biri də Qərbi Azərbaycanda Qoşaçay şəhərinin qiymətli daş mədənləridir.

Qoşaçayın Baruq kəndinin mədənlərindən minlərlə ton qranit daşı rejim tərəfindən fars bölgələrinə daşınır.

2019-cu il mayın 22-də yayılan görüntülərdə mədən məhsullarının xammal kimi bölgədən çıxarıldığı görünür.

Rejimin rəsmi açıqlamasına görə, Baruq mədənlərinin əsas səhmdarları İranın İsfahan, Şiraz və Məşhəd şəhərlərindəndir.

Rejim Güney Azərbaycanın bütün sərvətlərini fars bölgələrinə daşıdığı halda Güney Azərbaycanda rejimin müstəmləkəçi siyasəti nəticəsində işsizlik və səfalət son həddə çatıb.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın