Şənbə , Aprel 27 2024
azfa

Azərbaycan Mərkəzi və Cənubi Xəzərdə dənizin təkinin bölünməsi məsələsinin həll edilmədiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib ki, “Xəzər dənizinin təkinin bölünməsi ilə bağlı Azərbaycan-Türkmənistan, Azərbaycan-İran arasında danışıqlar prosesi mövcuddur”.

X. Xələfov bildirib ki, Türkmənistan və İran arasında da Xəzərin təkinin bölünməsi ilə bağlı danışıqlar prosesinin mövcud olduğuna ümid edir: “Bu, aktual məsələdir. Xəzərin şimal hissəsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin təkinin bölünməsi ilə bağlı razılaşmalar var, müvafiq sazişlər imzalanıb. Mərkəzi və Cənubi Xəzərdə isə dənizin təkinin bölünməsi məsələsi hələ həllini tapmayıb. Ona görə də biz ümid edirik ki, bu istiqamətdə Azərbaycan-Türkmənistan, Azərbaycan-İran danışıqları davam edəcək və biz bu məsələnin yaxın gələcəkdə həllinə nail olacağıq. Çünki həm Azərbaycan və Türkmənistanın münasibətlərindəki potensial, həm də Azərbaycan-İran münasibətləri imkan verir ki, biz tezliklə bu məsələlərin danışıqlar yolu ilə həllinə nail ola bilək. Xüsusilə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması, artıq dörd ölkə tərəfindən ratifikasiya edilməsi, eyni zamanda İran tərəfindən ratifikasiya prosesinin aparılması, yaxın gələcəkdə bu Konvensiyanın qüvvəyə minməsi də bu məsələlərin irəliyə aparılmasına əlverişli zəmin yarada bilər”. 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın