Şənbə , May 11 2024
azfa

Azərbaycan ordusu Mincivan qəsəbəsi və çox sayda kəndi işğaldan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycan ordusu Mincivan qəsəbəsi və çox sayda kəndi işğaldan azad edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində bununla bağlı yazıb:

Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Bir cavab yazın