Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı məşhur müğənni Huşəng Azəroğlu vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ömrünün son illərini Urmiya şəhərində yaşayan Ənzəli şəhərində dünyaya göz açan məşhur müğənni azərbaycanlı müğənni Hüşəng Azəroğlu 2019-cu il iyunun 19-da vəfat edib.

Hüşəng Azəroğlu musiqidən əlavə özünü aktyorluq və peşəkar idmanda da sınayıb və musiqi sahəsində olduğu kimi böyük uğurlar əldə edib. İran milli komandasında güləşən Azəroğlu dövrün dünya çempionu Qulamrza Təxti, İmaməli Həbibi, Abdulla Müvəhhid və s. kimi güclü güləşçilərlə rəqabət aparıb.

O Güney Azərbaycandan Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülən birinci sənətkardır.

O 1938-ci ildə Ənzəli şəhərində doğulduğunu bildirib. Yeniyetmə yaşlarında Tehrana gedən sənətkar sonralar İstanbul şəhərində məskunlaşıb.

İlk müəllimlərinin Vəli Vahid, Məşədi Səlamət, sonralar isə Mustafa Payan olduğunu bildirən Azəroğlu Bakı radiosunu özünün ən böyük müəllimi adlandırıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın