Şənbə , Aprel 20 2024
azfa

Çin dövləti Şərqi Türküstanda türklərin məscidləri və milli abidələrini sökür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC telekanalının Çinə ezam olunmuş xüsusi müxbiri Con Sadvort ( John Sudworth) Çin dövlətinin Şərqi Türküstanda islam dininə qarşı təqiblərin güclənməsinə dair yeni faktlar aşkarlayıb.

Çinin Şərqi Türküstanın qərbində məscidləri kütləvi şəkildə sökdüyü bilinib.

2017-2019-cu illər ərzində çəkilmiş peyk təsvirlərini təhlil edən müxbir buna misal kimi infrastruktur-inkişaf layihəsi adı altında tamamilə sökülmüş Aitika məscidini göstərir. Jurnalist geniş sahəni tutan və hər tərəfdən hasarlanmış tikinti yerinə daxil olmaq istəsə də, onu yaxına buraxmayıblar.

Müxbir 2015-ci ildə Kah məscidinin yaxınlığında çəkiliş apardıqlarını xatırladıb.

“Həmin vaxt cavanlı-qocalı saqqal saxlayan müsəlmanlara rast gəlmək olurdu, üstündən dörd il keçib, kişilərin təmiz təraş olduğunu görürük. Üstəlik, bu mənzərəni namaz ərəfəsində müşahidə etdik”, – deyə müxbir qeyd edir.

Materiala əsasən, təqiblərlə əlaqədar ibadət üçün məscidə gələn insanların sayı da əhəmiyyətli dərəcədə azalıb.

Materialda aztəminatlı müsəlmanların kompakt şəkildə yaşadığı yaşayış məhəllələrinin söküldüyü bildirilir.

Mərkəzi hökumət müsəlman türklərə qarşı repressiyalarla bağlı yayılan məlumatları təkzib edərək, məhdudlaşdırıcı ölçülərin İslam dininə yox, yalnız dini ekstremizmə qarşı yönəldiyini iddia etmişdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın